Ölkədə ad, soyad və ata adını dəyişdirənlərin sayı artdı - VIDEO

17-05-2020, 08:50           
Ölkədə ad, soyad və ata adını dəyişdirənlərin sayı artdı - VIDEO
Son vaxtlar prosedurun asanlaşdırılması ilə şəxsi məlumatlarını dəyişdirənlərin də sayı artıb. Müraciətlər əsasən soyad və ad dəyişdirilməsi ilə bağlıdır.

Publika.az xəbər verir ki, son bir ay ərzində 45 nəfər ad, soyad və ata adının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Aytən Muradovanın sözlərinə görə, ata adını dəyişdirmək üçün müraciət edənlər də az deyil.

O vurğulayıb ki, ata adını dəyişdirmək istəyən şəxs yetkinlik yaşına çatmalıdır. Bununla yanaşı, ata adını götürəcəyi şəxs də mütləq rəsmi qayadada razılıq verməlidir. Ad, soyad, ata adı dəyişdirildikdən sonra ilkin olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilir. Bundan sonra isə ardıcıl olaraq digər səndələri dəyişdirmək mümkündür. / Yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru