Fazil Məmmədov hərəkətə keçdi... - Köhnədən vergi borcu olanlar belə nazirliyə çağrılır

6-01-2016, 11:03           
Fazil Məmmədov hərəkətə keçdi... - Köhnədən vergi borcu olanlar belə nazirliyə çağrılır
Manatın sonuncu devalvasiysından sonra yaranan ağır maliyyə-iqtisadi durum Vergilər Nazirliyini hərəkətə gətirib.
Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə, artıq bir neçə gündür ki, nazirliyə məxsus idarələr köhnə hesabları yenidən açaraq, vergi borcu olan vətəndaşları idarəyə çağırıb onlara vergiləri ödəməklə bağlı xəbərdarlıq etməkdədir. Vergi borcu olan şəxsləri müxtəlif banklara istiqamətləndirən vergi orqanları, hətta bir neçə manatlıq vergi borcu olan şəxsləri də “haqq-hesaba” dəvət edir.
Mənbə qarşıdakı aylar ərzində bütün “unudulanların” vergi orqanlarına dəvət ediləcəyini və onlardan vergi borclarının sonuncu qəpiyinə qədər alınacağını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.