Səlim Müslümov devalvasiyanın əmək bazarına təsirindən danışıb

6-01-2016, 15:13           
Səlim Müslümov devalvasiyanın əmək bazarına təsirindən danışıb
“Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq. Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq”.

“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

S. Müslümovun sözlərinə görə, iş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru nazirliyin diqqətində saxlanılır.

“Belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur. Bunu həyata keçirmək üçün həm Təhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir. Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. İş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər. Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər”, - deyə nazir qeyd edib.

S. Müslümov əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir. “Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. İşsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq. Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər”, - deyə nazir qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.