Binə qəsəbəsində Tahir Əliyevin haqqını verməyən heç nə edə bilməz - ŞİKAYƏT

9-01-2016, 22:18           
Binə qəsəbəsində Tahir Əliyevin haqqını verməyən heç nə edə bilməz - ŞİKAYƏT
Xəzər rayonu Binə qəsəbəsinin icra nümayəndəsi Tahir Əliyevlə bağlı Arqument.Az-a şikayət məktubu daxil olub.
Qəsəbə sakinlərinin verdiyi məlumata görə, icra nümayəndəsi burada məskunlaşan sakinlərə süni problemlər yaradır. İddiaya görə, İcra Hakimiyyətin adından sui-istifadə edən T.Əliyev torpaq satışı ilə məşğul olmaqla yanaşı, qəsəbədə ev tikən sakinlərdən də qeyri-leqal pul alır. Əgər hər hansı bir tikinti işi aparan sakin icra nümayəndəsinin haqqını verməsə, tikinti dayandırılır və ya dağıdılır. Hətta sakinlər öz həyətlərində adi bir qaraj və ya xırda bir tikinti işi də aparsalar, Əliyevin qaydalarına tabe olmalıdırlar.Sakinlərin sözlərinə görə, icra nümayəndəsi uzun zamandır ki, torpaq satışı ilə də məşğuldur. Onun özünün isə qəsəbədə xeyli sayda obyekti, alqı-satqı məntəqəsi var. Ən maraqlısı isə odur ki, Tahir Əliyev bu işi özbaşına etmədiyini, buna görə Xəzər rayon İcra Hakimiyyətindən xüsusi göstəriş aldığını deyir. Sakinlər deyirlər ki, icra nümayəndəsi ilə bağlı İca hakimiyyətinə və rayonun məsul şəxslərinə edilən müraciətlər də nəticə vermir. Onların sözlərinə görə, rayonu Milli Məclisdə təmsil edən deputat Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Onlar yaxın zamanlarda millət vəkilinə müraciət edəcəklərini bildirirlər. Mövzu ilə bağlı Tahir Əliyevin İcra Hakimiyyətinin saytında yerləşdirilən iş telefonuna zəng etsək də, cavab verən olmadı. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.