Dövlət qurumunun bu tenderini 4 ildir ki - “HUAWEİ” QAZANIR

21-08-2020, 10:30           
Dövlət qurumunun bu tenderini 4 ildir ki -
"Aztelekom" MMC DSLAM avadanlığı almaq üçün elan etdiyi tenderinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi yenə də “Huawei Unternational Co.Limited” qazanıb.

"Aztelekom" MMC 26112 sayda ADSL, 8 GPON port tutumlu OLT və 2176 POTS port tutumu yaradılması üçün DSLAM avadanlığının satınalınması üçün “Huawei Unternational Co.Limited” ilə 849 min 455 manatlıq müqavilə imzalayıb. (11.07.2020)

Qeyd edək ki, "Aztelekom" MMC-nin “DSLAM avadanlığı” tenderini 4 ildir ki, “Huawei Unternational Co.Limited” qazanır.

"Aztelekom" MMC “Huawei Unternational Co.Limited” ilə 08.02.2019-da 796 min manatlıq, 27.06.2018-də 800,7 min manatlıq, 31.10.2017-də 510,3 min manatlıq müqavilələr bağlayıb.

4 il ərzində "Aztelekom" MMC ilə “Huawei Unternational Co.Limited” arasında bağlanan müqavilələrin cəmi 2 milyon 956 min 430 manatdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.