Oğuzun icra başçısı nə işlə məşğuldur? - Biabırçı mənzərə...

21-08-2020, 11:00           
Oğuzun icra başçısı nə işlə məşğuldur? - Biabırçı mənzərə...
“Oğuz rayonunda zibil problemi günü-gündən böyüyür. Bu şəkilləri orada yaşayanlar çəkib göndəriblər. Heç bir tədbir görülmür. Bir neçə dəfə bələdiyyə, kənd soveti və başqa yerlərə müraciətlər edilib”.

Bu sözləri rayon sakini, tərcüməçi Nihat İsa özünün “Facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, Oğuz rayonunun Calut kəndinin vəziyyəti acınacaqlıdır. Belə ki, kənd camaatı məcbur qalıb zibilləri dərələrə, çaylara və meşələrə atır. Nəticə isə fotolarda olduğu kimidir:

“Calut kəndinin ətrafı 3 tərəfdən meşələrlə əhatəli idi. Lakin son onilliklər ərzində bu meşələr seyrələk məhvə doğru gedir. Həm meşələrə buraxılan heyvanlar, həm ağac qatilləri rayonun təbiətini məhv edir”. //lent.az//















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru