Bakıda əczaçı müştərini maska taxmadığı üçün aptekə buraxmadı: - maskanı haradan alaq?

21-08-2020, 14:28           
Bakıda əczaçı müştərini maska taxmadığı üçün aptekə buraxmadı: - maskanı haradan alaq?
İçəri girmək olmaz, maskanız yoxdur.
- Aptek nə üçündür bəs, maska almağa gəlmişəm də!
- Elə bir az əvvəl buna görə 400 manat cərimə olunduq, olmaz!

Musavat.com xəbər verir ki, bu mübahisə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən aptekdə, əczaçı ilə paytaxt sakini Sevda Əliyeva arasında baş verib.

Saytımıza şikayət edən S.Əliyeva bildirib ki, aptektdə rastlaşdığı bu qəribə mənzərədən xeyli təəccüblənib: “İşə tələsirdim və avtobusa minməli olduğum üçün aptekə daxili olub, maska almaq istədim. Lakin əczaçı maska taxmadığım üçün məni içəri buraxmadı. Bu nə özbaşınalıqdır, bəs biz nə edək, həyatımızı niyə çətinləşdirirlər? Sonra da deyirlər ki, maska taxın. Xarici ölkələrdə maskaları insanlara pulsuz paylayırlar, bizdə isə öz pulu ilə maska almaq istəyən adama belə mane olurlar”.

Şikayətçinin qeyd etdiyi aptekə yollanıb, əczaçının da fikirlərini aldıq. Adının çəkilməsini istəməyən əczaçı bildirdi ki, bu məsələdə günahkar olan o deyil:
“Bizi də anlayın. İyirimi dəqiqə əvvəl bir vətəndaşa güzəşt edib içəri buraxdıq, polislər cərimələdilər. Biz də işimizi ziyansız görməliyik axı”.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. O bildirdi ki, bütün hallarda qapalı məkanlarda, insanların maska taxılmalı olduqları yerlərdə cərimə nəzərdə tutulur: “Qanunvericilkdə yazılmayıb ki, vətəndaş aptekə girəndə necə olmalıdır. Orda ümumi yazılıb ki, qapalı məkanlara daxil olanda maska taxılmalıdır”.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.