Gürcüstanın azərbaycanlı parlamentüzvlərinin bəyyannaməsinə baxırsan , adamın ürəyi ağrıyır:

22-08-2020, 00:41           
Gürcüstanın azərbaycanlı parlamentüzvlərinin bəyyannaməsinə baxırsan , adamın ürəyi ağrıyır:
Tənbəllik etmədim, Gürcüstanda məmurların gəlir və əmlak bəyannamalərini səhifələdim. Bu il bəyannamə təqdim etmiş 3740 nəfər arasında dövlət qulluğu və bələdiyyədə işləyən/işləmiş, parlament üzvü olan vur-tut 15 azərbaycanlının bəyannaməsinə rast gəldim. Bəyannamələri baxırsan, adamın ürəyi ağrıyır: bir-iki mənzil, xırda-para torpaq sahəsi, qəpik-quruş gəlir.
Məsələn, Gürcüstan parlamentinin üzvü Ruslan Hacıyevin (რუსლან გაჯიევი) Marneulidə 107 kvadrat metrlik evi, 445 kv m torpağı, 1500kv m qeyri yaşayış sahəsi, Əzizkənddə 125 sotluq əkin torpağı var. O bu əmlakları 2002-2008-ci illərdə əldə edib. Deputatın bank hesablarında 9636 lari vəsaiti var. Bu manatla 5332 manat edir. Deputat il ərzində avtomobil satışından 30000 dollar gəlir götürüb, əməkhaqqından 20000 lari qənaət edib. Həyat yoldaşı Elina Marneulidəki məktəbdə qısamüddətli fəaliyyəti dövründə 514,8 lari, “Elit” kollecindəki iş yerindən isə 1470,4 lari, Ruslan özü deputat kimi 40957 lari 51 tetri əmək haqqı alıb. 2019-cu ildə Ruslan Hacıyev “Bank of Georgia”dan 63960 lari məbləğində 10 illik ipoteka krediti götürüb. Başqa heç nə...
Hafiz babalı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru