Vikipediyanın erməni redaktoru: “Bakı-Tbilisi-Ceyhana hücum edilməlidir” – FOTO FAKT

2-11-2020, 10:39           
Vikipediyanın erməni redaktoru: “Bakı-Tbilisi-Ceyhana hücum edilməlidir” – FOTO FAKT
Cəbhədə Azərbaycan Ordusuna qarşı döyüşlərdə böyük məğlubiyyətə uğrayan Ermənistanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə zərbə vurmaq ehtimalını müzakirə edirlər.

KONKRET.az xəbər verir ki, Azərbaycan öz ərazilərini azad etmək üçün güc variantından istifadə edərsə, enerji infrastrukturuna zərbə vurmaqla bağlı təhdidlər İrəvandan çoxdan eşidilir. Ancaq bu iddiaya hələ bu qədər ciddi yanaşmayıblar.

Ermənistanda tanınmış blogger, Vikipediyanın redaktoru David Xaçatryan “Facebook”da İrəvanın Azərbaycanın beynəlxalq layihələrinə zərər vurmaq imkanlarını təhlil edib. Hər şeyi barel və dollarla “rəflərə” qoyub.

Xaçatryan BTC-nin yalnız Azərbaycan və Türkiyə layihəsi olmadığının, dünyanın ən güclü və nüfuzlu neft şirkətlərinin buraya cəlb olunduğunun və bu səbəbdən təmsil etdikləri ölkələrin mənafelərinin fərqindədir. Ermənistan Avropanın enerji təhlükəsizliyini təmin edən boru kəmərini sarsıtmağa çalışsa, nə olacaq? Sual budur.

Vikipediyanın redaktoru (bu mənbəyi yalanlar və erməni mifləri toplusuna çevirənlərdən biri) bu sualı verir və deyəsən özü də cavablandırır:

“Biz vurmalıyıq, yoxsa? Bax sual budur” deyə düşüncəli bir şəkildə yazır. Xaçatryan ölkəsinin belə bir addım atmasının nəticələrini yaxşı bilir, lakin pərəstişkarlarını məyus etməmək üçün əsaslandırıcı şəkildə ənənəvi “son erməni xəbərdarlığını” edir: Məqam gəlsə, heç kim ermənilərin bunu etməyəcəyini düşünməsin.

Heç kim düşünmür. Qoy etsinlər və bilsinlər ki, ermənilər üçün gözlənilməz çağırış Azərbaycanın bütün ərazilərindən qoşunlarını geri çəkməsi ola bilər. Belə çağırış, hətta İrandan da səslənib. Ermənistandan sülhün tələb edilməsi pis şey deyil.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.