Qarabağdan qaçanlar Ermənistanda küçələrdə qalır - Öz ölkələri onlara sahib çıxmır

2-11-2020, 11:49           
Qarabağdan qaçanlar Ermənistanda küçələrdə qalır - Öz ölkələri onlara sahib çıxmır
Ermənistanın əmək və sosial məsələlər naziri Zaruhi Batoyan Dağlıq Qarabağdakı ermənilərin kütləvi şəkildə qaçaraq Ermənistana sığınmasından danışıb.
Azvision.az -ın məlumatına görə, erməni nazir özünün “Facebook” səhifəsində insanların narahatlığını ifadə edib.

O bilirib: “Müvəqqəti olaraq Ermənistana köçürülən “Artsax xalqı”nın (Qarabağda yaşayan ermənilər - red) yaşayış problemlərini həll etmək üçün 114 qaynar xətti vasitəsilə əlaqə saxlamaq lazımdır”.

Nazir daha sonra ünvan göstərək qeyd edib ki, Qarabağdan qaçan ermənilər onlar üçün ayrılan yerdə gecələyə bilərlər: “Qeyd etdiyim ünvana müraciət edərək burada gecələyə bilərsiniz. Xahiş edirəm, çaxnaşma yaratmayın".

Zaruhi Batoyanın statusundan məlum olur ki, Qarabağdan Ermənistana qaçan ermənilər bu ölkədə ciddi problemlə üzləşiblər. Onların bir çoxunun qalmağı yeri və gün ərzində qidalanmaq üçün maddi imkanları yoxdur. Ermənilərin bəziləri yaxınlarının evinə sığınsa da, küçələrdə əlacsız qalanlar da az deyil. İndiki məqamda Qarabadakı ağır məğlubiyyətdən ayıla bilməyən Ermənistan rəhbərliyini ermənilərin acınacaqlı yaşayışından çox, özünün taleyi düşündürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru