Ermənilərə Ağdamın 6 kəndindən çıxmaq əmri verilib – SİYAHI

18-11-2020, 20:48           
Ermənilərə Ağdamın 6 kəndindən çıxmaq əmri verilib – SİYAHI
Ağdərənin 6 kəndində yaşayan ermənilər, mülki işğalçılar ( işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşanlar barədə “əhali, sakin” ifadələri məqbul deyil) bu gün evakuasiya barədə göstəriş alıblar.

Erməni KİV-ləri xəbər verir ki, Ağdərədəki qondarma erməni “administrasiyasının” rəhbəri Ayk Baxşıyan bu haqda bildirib.

Baxşıyan deyib ki, bu gün ona Papravənd, Yuxarı Seysulan, Boyəhmədli, Əliağalı, Qızılkəngərli, Mollalar kəndlərində yaşayan ermənilərin köçürülməsi barədə əmr daxil olub.

“Hələlik məlum deyil sərhəd haradan keçəcək: Azərbaycan qoşunları harada yerləşəcək, sülhməramlılar harada dayanacaq. Hələlik ancaq onu deyə bilərəm: evakuasiya barədə sərəncam var. Hələlik bu adamları Mardakertdə (Ağdərə,-red.) yerləşdirəcəyik”,-Baxşıyan deyib.

Onun sözlərinə görə, həmin kəndlərdən ermənilərin köçürülməsi üçün bir gün vaxt verilib, proses noyabrın 19-u saat 23.00-a qədər başa çatmalıdır.

Baxşıyanın adlarını çəkdiyi bu kəndlər əslində Ağdam rayonunun inzibati ərazisinə daxildir və işğalçılar Ağdamı, Ağdərəni işğal edəndən sonra həmin kəndləri Ağdərənin tərkibinə qatmışdılar.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında noyabrın 10-da əldə edilmiş üçtərəfli razılaşmaya əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Kəlbəcər və Laçından erməni işğalçı qüvvələrinin çıxarılması isə noyabrın 25-də və dekabrın 1-də başa çatmalıdır/Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.