Bank rəhbərləri yüzlərlə gənci kölə kimi işlədir - ŞOK açıqlama: ŞANTAJ YOLU İLƏ...

28-01-2016, 17:43           
Bank rəhbərləri yüzlərlə gənci kölə kimi işlədir - ŞOK açıqlama: ŞANTAJ YOLU İLƏ...
Məlum olduğu kimi, Mərkəzi Bank neftin qiymətinin kəskin ucuzlaşması, manatın devalvasiyaya uğraması səbəbindən yaranmış böhranlı durumda bir neçə bankın fəaliyyətini durduran qərarını verib və dünən daha iki bağlanması ilə müşaiyət olunan bu prosesin davamlı olacağı, daha bir neçə bankı əhatə edəcəyi heç şübhəsizdir.

DİA.AZ bildirir ki, amma burada maraqlı olan bir məqam da bağlanmış bankların işçilərinin taleyidir. Bununla bağlı bank işçilərindən biri DİA.AZ-a maraqlı açıqlama verib.

Adının şəkilməsini istəməyən həmsöhbətimiz bağlanmış banklardan birinin əməkdaşı olduğunu deyir:

"Bu gün ümumilikdə bizim bankımızda 1000-ə yaxın bank işçisi işsiz qalmış oldu. Bu, 1000-ə yaxın ailə deməkdir.

Ümumiyyətlə, digər banklarda da sıravi bank işçilərinin günləri yaxşı deyil. Hələ birinci böhrandan sonra maaşlar aşağı salınmışdı. 2-3 qat az maaşa işləmək zorunda qalırdı hər kəs. Səbəbi isə aydındır. Siz bilməyə bilərsiniz. Amma bu gün bank işçilərinin əksəriyyətinə cinayət işi açmaq olar. Çünki qanunsuz bank əməliyyatlarının iştirakçısı olublar. İstəyərəkdən, ya istəməyərəkdən.

Buna görə, bu gün də yüzlərlə gənc bank işçisi var ki, 150-200 manata işləmək zorunda qalıblar. Onları qul kimi işlədirlər. Razılaşmayanlar həbslə hədələnir. Bu çox ağır şəraitdir".

Dia.az-a açıqlamasında həmsöhbətimiz onu da əlavə etdi ki, əslində bu gün bankı bağlanan əksər sıravi işçilər canlarını qurtardıqlarına sevinirlər də.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.