Mingəcevirdə şəhidlərə hörmətsizlik - FOTOFAKT

19-01-2021, 19:52           
Mingəcevirdə şəhidlərə hörmətsizlik - FOTOFAKT
Sabah 20 yanvar tarixidir. Hər il olduğu kimi bu ildə Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimiz anılacaq. Bunun üçün şəhidlər xiyabanında bir sıra işlər görülür. Bizdə görülən işlərlə tanış olmaq üçün Mingəçevir şəhər şəhidlər xiyabaninda olduq. Burada gördüyünüz mənzərə bizi çox məyus etdi.
Teref.az yazır ki, bunu saytımızaMurad adlı Mingəçevir sakini yazır.
Daha sonra Murad bəy yazır,şəhidlər xiyabanında olan zaman şəhid yaxınlarından 2-ci Vətən müharibəsində qəhramancasına şəhid olan qardaşlarımızın qəbrinin üstünü düzəltdirmək də şəhid valideyinlərinin üzərinə qoyulub.Kimin pulu varsa şəhidin qəbri üzünü güllərlə bəzəyib,imkani olmayanlarin qəbrin üstünü güllə düzəltməyiblər.
Bir evdən iki nəfər şəhid olan qardaşımızın qəbrinin üstündə güllər olmadığını görüb bunun nə səbəbə edilmədiyini soruşduq da Mingəçevir şəhər icra nümayəndəsi Şəhriyar Mustafayev hər ailə özünün istəyilə öz vəsaitini hesabına bunu düzəltdiyini bildirib.Yəni ailənin imkani olmasa qəbrinin üstünə güllərlə kant vurulmayacaq. Belə hörmətsizlik olar? Maraqlıdır Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov özü Şəhidlər xiyabanında olub bu faktlari öz gözüylə görüb.Şəkillərə diqqət yetirsəniz İcra başçısı Şəhidlərin qəbri üstündə olarkən bir necə şəhidin güllərlə bəzədilməsin öz gözüylə gördü və heç bir reaksiya vermədi...
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.