Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT

28-01-2021, 17:28           
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, 20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib. Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən “Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.
Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.
Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə “Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət “Magus” MMC-ni təsis ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru