Xorvatiyalı mütəxəssis Rusiya və Çin peyvəndlərinin keyfiyyətinə şübhə etmədiyini açıqlayıb

29-01-2021, 07:22           
Xorvatiyalı mütəxəssis Rusiya və Çin peyvəndlərinin keyfiyyətinə şübhə etmədiyini açıqlayıb
“Xorvatiyada koronavirusa qarşı Rusiya və Çin peyvəndlərinin keyfiyyəti şübhə doğurmur”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə Qərargahının üzvü, Zaqreb Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasının Baş həkimi professor Alemka Markotiç yerli “HRT” televiziyasına açıqlamasında bildirib.

O, əlavə edib ki, Rusiya və Çindən gətirilən peyvəndlərin keyfiyyətinə şübhə etmək üçün bir səbəbi yoxdur, eyni zamanda fərqliliyi ümumiləşdirməkdə çətinlik çəkir: “Rusiya və Çin yüksək dərəcədə texnoloji inkişafa və biliyə sahib ölkədir. Bu, nəticə etibarı ilə adıçəkilən ölkələrdə istehsal olunan peyvəndlərə şübhə etməyə əsas vermir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru