İşləyənlərin yarısından çoxunun maaşı 343 manatdan aşağıdır

17-02-2021, 08:52           
İşləyənlərin yarısından çoxunun maaşı 343 manatdan aşağıdır
2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1691,8 min nəfər, onların orta aylıq nominal əməkhaqqı 707,3 manat, median əmək haqqı isə 343 manat olub.
Baxmayaraq ki, qonşu ölkələrdə (Rusiyada və digərlərində) median əmək haqqı çoxdan açıqlanır, Azərbaycanda ilk dəfədir ki, rəsmi olaraq bu göstərici dərc edilir. Lakin, müstəqil ekspertlər bu göstəricinin müntəzəm olaraq açıqlanması təklifi ilə çoxdan çıxış edirdilər.
Median əmək haqqı nədir və bu göstərici bizə nə deyir?
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir.
Daha sonraQubad İbadoğlu yazır, Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 691 min 800 nəfər olduğuna, median əmək haqqı 343 manat təşkil etdiyinə görə, demək olar ki, işləyənlərin yarısının - 845 min 900 nəfərinin maaşı 343 manatdan aşağı, yerdə qalan yarısının maaşı isə 343 manatdan yuxarıdır. Bu halda median əmək haqqı bizə deyir ki, işləyənlərin ən azı yarısının əmək haqqı orta aylıq əmək haqqının 48,5 faizindən azağıdır. Orta aylıq əmək haqqı isə bütün əmək haqqlarının ədədi ortasıdır. Belə olan halda da demək olar ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqının 703,5 manat təşkil etməsi mədən sənayesində orta aylıq əmək haqqının 3 267, 4 manat (orta aylıq əmək haqqından 4,64 dəfə çox ), maliyyə və sığorta sektorunda 1 717,1 manat (orta aylıq əmək haqqından 2,44 dəfə çox), peşə, elmi və texniki fəaliyyət sahəsində 1 178,8 manat (orta aylıq əmək haqqından 1,675 dəfə çox), informasiya və rabitə 1 071,7 manat (orta aylıq əmək haqqından 1,52 dəfə çox) olması hesabınadır. Ona görə də median əmək haqqı orta aylıq əmək haqqından fərqli olaraq mövcud gerçəkliyi daha yaxşı xarakterizə edir. Çünki median əmək haqqı bizə deyir ki, işləyənlərin böyük əksəriyyəti orta aylıq əmək haqqından aşağı, kiçik hissəsi orta aylıq əmək haqqından dəfələrlə yuxarı maaş alır.
2020-ci ildə Azərbaycanda median əmək haqqı orta aylıq əmək haqqının 48,5 faizini, Belarusda 72,8 faizini, Rusiyada 87 faizini, Ukraynada və Qazaxıstanda 70-85 faizini təşkil edir. Bu o deməkdir ki, Rusiya, Ukrayna, Qazaxıstanda və Belarusda əmək haqları işçilər arasında sosial baxımından daha ədalətli bölüşdürülür.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.