“Kapital Bank” vətəndaşın pulunu necə “yeyir”? – Prezidentə və Daxili İşlər nazirinə müraciət

23-02-2021, 12:02           
“Kapital Bank” vətəndaşın pulunu necə “yeyir”? –
Bərdə şəhər sakini Afaq Mustafayeva “Kapital Bank”dan şikayətçidir. ANAXEBER.info xəbər verir ki, o, “Kapital Banka”a məxsus “Birkart” plastik kartı alıb. Kartda 4000 AZN məbləğində vəsait olub. Afaq Mustafayeva sonradan görüb ki, kartdan onlayn vasitəsilə pul silinir. “Bu kart vasitəsilə iki dəfə alış-veriş etmişəm. Balansda 3586.35 AZN məbləğində pul qalıb. Sonradan məlum oldu ki, mənim xəbərim olmadan kartdan onlayn şəkildə pul çəkilib”, - deyə şikayətçi bildirib. Afaq Mustafayevanın sözlərinə görə, məsələ ilə əlaqədar “Kapital Bank”ın Bərdə şəhər filialına müraciət edib: “Filialın müdiri Elnur Səfərova dedim ki, kartı verəndə nə üçün kodunu deməmisiniz. O isə cavab verdi ki, bura təhsil ocağı deyil ki, dərs keçək”. Bundan sonra şikayətçi yerli polis şöbəsinə üz tutub. “Polis şöbəsilə ilə yanaşı “Kapital Bank”ın baş ofisinə də ərizə ilə müraciət etdim. Üç gündən sonra “Kapital Bank”ın əməkdaşı olduğunu bildirən Qabil adlı şəxsdən mənə zəng gəldi. O bildiridi ki, narahat olmayın sizin pulunuzu kartdan çəkən adamı tapmışıq. Banka gəlib pulunuzu qaytaracaq. Lakin iki gün sonra yenidən zəng vuraraq həmin adamın çağırışa əhəmiyyət vermədiyini dedi və tövsiyə etdi ki, müvafiq qurumlara müraciət edim. Bu barədə polis şöbəsinə bildirdim. Lakin işə laqeyd yanaşdılar”, - deyə şikayətçi qeyd edib. Onun sözlərinə görə, hazırda onun pensiya kartından pul tutulur. “Halbuki araşdırma dövrü ödəniş dayanmalı idi: “Kapital Bank”dan deyirlər ki, müstəntiq rəsmi sənəd versin, biz də pulu kimin, harada çıxardığını rəsmi qaydada bildirək. Müstəntiq Mətin Qəmbərov isə deyir ki, bank rəsmi sənəd versin ödəniş dayansın”. Şikayətçinin sözlərindən məlum olur ki, o polis şöbəsi və “Kapital Bank” tərəfindən süründürməçiliyə məruz qalıb. Afaq Mustafayev üzləşdiyi haqsızlıqla bağlı Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.
ANAXEBER.info
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.