Vətəndaşları cərimələyən polislər bu dəfə özləri qaydanı pozdu – VİDEO

26-02-2021, 01:07           
Vətəndaşları cərimələyən polislər bu dəfə özləri qaydanı pozdu – VİDEO
Avtomobildə iki polis əməkdaşının maskasız oturması ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, ötən gün Xəzər TV Bakı-Sumqayıt yolunun buz bağlaması ilə bağlı videoreportaj hazırlayıb. Görüntülərdən də aydın olduğu kimi videoreportajda sürücülərin evdən çıxmaması ilə bağlı xəbərdarlıq edən polis əməkdaşları avtomobildə tibbi maskadan istifadə etmədən əyləşiblər.
Xatırladaq ki, DİN-nin məlumatına əsasən, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Sözügedən videoreportajı təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.