Salyanda tender müsabiqələrinin qalibi olan ata və oğul kimdir? – FOTOFAKT

10-03-2021, 18:29           
Salyanda tender müsabiqələrinin qalibi olan ata və oğul kimdir? – FOTOFAKT
Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “H-Aral” MMC olub.

“H-Aral” MMC Gənclər və İdman İdarəsinə 20 min 600 manat dəyətrində medal və kuboklar, 22 min 125 manat dəyərində hədiyyələr satacaq.

“H-Aral” MMC 08.08.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan şəhəri, Y. Zargarli, ev 30 olan MMC-nin qanuni təmsilçisi Mənsimov Hüseynqulu Xanəli oğludur.
Qeyd edək ki, Mənsimov Hüseynqulu Xanəli oğlu Salyan rayon İcra Hakimiyyəti başçısının sabiq müavinidir.

Maraqlıdır ki, 2019-cu ildə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Hüseynqulu Mənsimovun oğlu Mənsimov Ariz Hüseynqulu oğlunun rəhbərlik etdiyi “Salyan-Ticarət” MMC olub. Ariz Mənsimovun rəhbərlik etdiyi MMC Gənclər və İdman İdarəsinə 40 min manat dəyərində mal-material satıb.

Onu da bildirək ki, ötən il keçirilən növbədənkənar parlament seçkilərində Mənsimov Ariz Hüseynqulu oğlu 59 saylı Salyan Seçki Dairəsindən sabiq deputat Fərəc Quliyevin sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən deputatlığa namizəd göstərilib. //Yeniavaz.com















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.