Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?

2-04-2021, 15:57           
Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... -
Məlum olduğu kimi Prezident İlham Əliyev Əhməd Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə idda edir ki, əslində bu dəyişiklik çoxdan gözlənilirdi.

Mənbənin dia.az-a söylədikləri:

"Əhməd Əhmədzadə hakimiyyət içində "ağsaqqal" adı ilə tanınrı və onun böyük sərvətləri ilə yanaşı günü bu gün də ona tabe olan bir neçə icra başçısı da var".

Mənbə iddia edir ki, Əhmədzadənin ardından sırada onlardır: "Konkret olaraq ilk "vurulan" təbii ki, Əhməd Əhmədzadənin doğmaca qardaşı olan Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə olacaq. Bunun ardından isə daha iki icra başçısı da dərhal yola salınacaq. Yəni proses başlayıb..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru