Nazirlik rəsmisi əlillərin pensiyasının kütləvi kəsildiyi təsdiqlədi: 80 min müraciətdən 69 faizinə rədd cavabı verilib
2-04-2021, 16:12
Son zamanlar Qarabağ əlilləri də daxil olmaqla əlillərin təqaüdlərinin kütləvi kəsildiyinə dair məlumatlar yayılır. Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov məsələylə bağlı mövqeyini bildirib. Qedy edib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır: “Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir. 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib".