Əli Abbasovun ən sadiq adamlarından biri də "vuruldu" - Yeni nazirdən sələfinə qarşı daha bir həmlə

15-02-2016, 21:39           
Əli Abbasovun ən sadiq adamlarından biri də "vuruldu" - Yeni nazirdən sələfinə qarşı daha bir həmlə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir şöbə müdiri vəzifəsindən azad edilib.

teref.az Publika.az-a istinadən xəbər verir ki, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov işdən çıxarılıb.

Nazirliyin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bildirilib ki, bir neçə gün əvvəl A.Bayramov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur.

Mia.az xəbər verir ki, Bayramov sabiq nazir Əli Abbasovun ən sadiq komanda üzvlərindən biri olub. Əli Abbasov onu 2004-cü ildə nazir təyinatından dərhal sonra rektoru olduğu İqtisad universitetdindən rabitəyə məsul vəzifəyə gətirmişdi.

Son məlumatlara görə, yeni nazir Ramin Quluzadə məhz bu səbəbdən Ayaz Bayramovu gəldiyi gündən sıxışdırmağa başlamışdı. O üzdən də o, postunu tərk etməyə məcbur qalıb...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.