XXI əsrdə “Avangard As Constraksen” 30 min manatlıq odun alacaq? - FOTOFAKT

27-04-2021, 14:36           
XXI əsrdə “Avangard As Constraksen” 30 min manatlıq odun alacaq? - FOTOFAKT
Mədəniyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Bizimxeber.az bildirir ki, tender müsabiqələrinin qalibi “Avangard As Constraksen” MMC (VÖEN- 1804937821) olub. Mədəniyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi “Avangard As Constraksen” MMC-yə odun yanacağı üçün 30 min 430 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Avangard As Constraksen” MMC – 17.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təxminən bir il əvvəl yaranan və 30 min manatlıq tenderin qalibi olan MMC “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Vəliyev Yusif Jumavay oğludur.

Qeyd edək ki, 17.07.2020-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında Vəliyev Yusif Jumavay oğlunun qanuni təmsilçi olduğu “Caspian As Təchizat” və “Rusıko Az Ltd” adlı daha 2 şirkət qeydiyyatdan keçirib.

Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul ayından bu ilin yanvar ayına kimi – 7 ay ərzində “Avangard As Constraksen” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda nə az, nə çox düz 122 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Bundan başqa həmin ünvanda qeydə alınan şirkətlərin əksəriyyətinin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. Bu şirkətlərin bir çoxu dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib olublar.

7 ay ərzində “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlər bunlar olub: /Yeniavaz.com/















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru