“Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir – Bağlana bilərmi?

11-05-2021, 22:30           
“Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir –
“Yap Kredi Bank Azərbaycan” QSC-nin 2021-ci ilin I rübünün maliyyə hesabatında göstərilir ki, 122 min manat xalis zərərlə başa vurub. Bank 2020-ci ilin I rübünü də 656 min manat xalis zərərlə başa vurmuşdu. Bu ilki xalis zərər ötən ilki xalis zərərdən 5,4 dəfə kiçik olsa da, ümumilikdə, bank uzun illərdir zərərlə işləmək məcburiyyətinə qalıb.

Teref.az xəbər verir ki, son bir il ərzində bankı kredit portfeli də 15, 6% kiçilib. Ötən ilki açıqlamalara görə, bankın depoziti 18% azalaraq 262 milyon 942 min manata düşüb.

Hər hansı bankda yüksək göstəricili depozitin azalması həmin banka olan kütləvi inamsızlığın nəticəsidir. Görünür, həm də bankın illik (sığrtalı və sığrtasız) depozit faziləri də əhalini qane etmir. 2021-ci ilin I rübünün hesabatına əsasən, bankın depozit portfeli 221,902 milyon manata düşüb.

Ekspertlər hesab edirlər ki, üç əsas göstərici bankın müsbət fəaliyyəti baxımından səciyyəvidir: yüksək mənfəətlə işləməsi – zərərsiz fəaliyyət, kredit portfeli və depozit imkanları.Azsiyasət.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru