"Oba" marketin bu əməli DƏLƏDUZLUQDUR... - GİLEY

21-05-2021, 16:07           
 "Oba" marketin bu əməli DƏLƏDUZLUQDUR... - GİLEY
"Deməli, OBA Market şəbəkəsində Türkiyə istehsalı olan Saç Şampunu 2si birində tək qiymət endirimi ilə satışa buraxılıb. Amma bir məsələ yaddan çıxıb və ya vaxtı keçmiş məhsulun üzərində olan tarixləri silib satışa buraxıblar". DİA.AZ bildirir ki, bu barədə Elmin Müşviq adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.


Daha sonra narazı vətəndaş yazır: "Məhsulun istehsal və son istifadə tarixi. Digər təkli satışda olan məhsulda tarixlər öz əksini tapıb. Bununla bağlı satıcılara irad bildirsəmdə məlumatlı olmadıqlarını bildirib, cavab verməkdən imtina elədilər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələ ilə bağlı araşdırma aparılmasını və nəzarət tədbirlərinin gücləndirilməsini xahiş edirəm. Bu cür məhsullar sabah mənfi nəticələrə gətirib çıxarır. Hər kəs gördüyü işi vicdanla yerinə yetirsin".
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.