Teref.az saytı “İnter” MMC barədə dərc etdiyi yazının yalnış olduğunu bildirir və təkzibi oxucularımıza təqdim edirik

22-05-2021, 11:21           
Teref.az saytı “İnter” MMC barədə dərc etdiyi yazının yalnış olduğunu bildirir və təkzibi oxucularımıza təqdim edirik
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə teref.az saytında ““İnter” MMC-nin dələduzluğu araşdırılır – Qabil Əliyevin arxasında kim dayanır?” başlıqlı qeyri-obyektiv yazı dərc edilmişdi. Biz redaksiya olaraq yazını “Hom Paş Prestij” MTK-nın sahibi H. Yiğitdölün məhkəmə prosesləri zamanı bizə verdiyi məlumat əsasında hazırlamışdıq. Yazını hazırlayarkən biz qeyri-peşəkarlıq edərək “İnter” MMC-nin və rəhbəri cənab Qabil Əliyevin münasibətini öyrənməmiş və birtərəfli qaydada yazını dərc etmişdik.
Sonrakı mərhələdə aydın oldu ki, “Hom Paş Prestij” MTK-nın sahibi H. Yiğitdölün bizə verdiyi məlumat kökündən yalnışdır və qərəzlidir. Bizim dərc etdiyimiz yazı isə “İnter” MMC-nin və rəhbəri cənab Qabil Əliyevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmişdir.
Bütün bunları nəzərə alaraq teref.az redaksiyası olaraq “İnter” MMC-nin rəhbəri cənab Qabil Əliyevdən üzr istəyir və yazının təkzib xarakterli olduğunu diqqətə çatdırırıq. Biz, eyni zamanda, yalnış məlumata görə oxucularımızdan üzr istəyir, “İnter” MMC-nin rəhbəri cənab Qabil Əliyevin sağlam, eyni zamanda, dövlətimizin milli, strateji və iqtisadi maraqlarını müdafiə edən iş adamı olduğunu bildiririk. Ümumilikdə, yüzlərlə vətəndaşımız işlə təmin olunmasını reallaşdıran Qabil Əliyev kimi iş adamlarına qarşı şər, böhtan tipli yazıların dərc olunmasına qarşıyıq və bundan sonra da belə olacaqdır.
Bütün bunları nəzərə alaraq “İnter” MMC-nin rəhbəri cənab Qabil Əliyevdən, təkzibimizin səmimi üzrxahlıq kimi qəbul edilməsini rica edirik.
Hörmətlə,
Teref.az saytı















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.