Füzuli Diaqnostika Mərkəzinin direktoru saxlanılıb – İDDİA: Daha kimlər saxlanılacaq? – İcra başçısı “du-bir” ayağında

22-05-2021, 19:30           
Füzuli Diaqnostika Mərkəzinin direktoru saxlanılıb – İDDİA:
“Füzuli rayon Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin direktoru Şaiq Şükürovun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.
Xatırladaq ki, Şaiq Şükürov İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək, tibb müəssisəsində əlilliyin təyin edilməsi (əlilliyin dərəcəsinin təyin olunmasında saxtkarlığa yol verdiyinə görə) ilə bağlı işi düzgün təşkil etmədiyini, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmədiyini, eləcə də tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət edə bilmədiyinə görə əmək funksiyasına xitam verilərək işdən azad olunan “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Natiq Şükürovun qardaşı oğludur.
Natiq Şükürovun işdən çıxarılması ilə yanaşı, həm də işində yol verdiyi qanunsuz əməlləri və korrupsiya hüquqpozmalarının hüquqi qiymət alması üçün toplanmış materialların Baş prokurorluğa göndərildiyi iddia olunur.
Bu günlər isə Natiq Şükürovun qardaşı oğlu, “Füzuli rayon Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin direktoru Şaiq Şükürovun “qara maskalılar” tərfindən saxlanıldığı bildirilir. İddialara görə, Şaiq Şükürov dünən günorta saatlarında iş otağından aparılıb.
Mənbə iddia edir ki, Füzuli səhiyyəsində baş verən məlum olaylar icra başçısı Alı Alıyevi də ciddi narahat etməyə başlayıb. Mənbə iddiasına görə, Mərkəzi Xəstəxananın direktoru Natiq Şükürovun məlum saxtakarlığa görə işdən çıxarılması, eləcə də barəsində toplanməş materialların Baş prokurlruluğa göndərilməsi, eyni zamanda da Şaiq Şükürovun xidməti otağından qandallanıb apaılması icra başçısını, necə deyərlər “du-bir” ayağında qoyub. Şükürovlara icra başçısı Alı Alıyevin “xeyir-duası” ilə Füzui səhiyyəsini inhisara almışdılar.
P.S. Son vaxtlar Şaiq Şükürovun adı bir sıra qanunsuz əməllərdə, korrupsiya maxinasiyalarıda və rüşvətxorluqda ittiham olunur. Ş Şükürovun adı həm də 36 nəfər rayon sakinindən ibarət ayrı-ayrı şəxslərdən 3000-5000 manat məbləğində pul alaraq, onları rəhbərlik etdiyi Füzuli Diaqnostika Mərkəzində işlə təmin etməkdə hallanır. Hər halda bunların doğru, ya aylnış olmasına hüquq mühafizə orqanları aydınlıq gətirəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.