Sumqayıtda adına 5 şirkət var, özünün xəbəri yox və 155 min də borc -VİDEO

26-05-2021, 09:34           
Sumqayıtda adına 5 şirkət var, özünün xəbəri yox və 155 min də borc -VİDEO
Sumqayıt şəhər sakini Zamiq Dadaşovun adına aldatma yolu ilə 5 şirkət açılıb. Ona Vergilər Nazirliyindən 155 min manat borcu olduğuna dair bildiriş gəlib.
Zərərçəkmişi öz xalası oğlu Qəzənfər Əliyev və onun dostları aldadıb. Adına nömrə alacaqlarını deyərək qeyri- qanuni olaraq sənədə imza atdırıblar. Zərərçəkmiş bildirib ki, Sumqayıt şəhərində onun kimi çoxsaylı qurbanlar var.

Hazırda şəraitsiz vəziyyətdə yaşayan ailə çarəsiz qalıb.

Hazırda nə Zamiqi aldadan xalası oğlu ilə, nə də onun əlbir olduğu şəxslərlə əlaqə saxlamaq mümkündür. Məsələ ilə bağlı zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru