5 ay əvvəl yaranan “Şuşa Holding” Səhiyyə Nazirliyinə tibbi əşyalar satacaq

27-05-2021, 15:47           
5 ay əvvəl yaranan “Şuşa Holding” Səhiyyə Nazirliyinə tibbi əşyalar satacaq
Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Şuşa Holding” MMC olub.

“Şuşa Holding” MMC “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə tibb işçiləri arasında aparılan vaksinasiyanın effektivliyi tədqiqatları lahiyəsi cərçivəsində 22 min 48 manat dəyərində tibbi əşyalar və ləvazimatlar satacaq.

Qeyd edək ki, tender müsabiqəsi barədə məlumat (elan) dövlət satınalmaları portalında yerləşdirilməyib.

Onu da bildirək ki, qalib şirkət – “Şuşa Holding” MMC ötən ilin dekabr ayının 14-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev.34 m.30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğludur.

Məlumat üçün bildirək ki, ötən il qanuni təmsilçisi Talıbov Süleyman Yunsur oğlu olan daha 4 MMC dövlət qeydiyyatına alınıb.
Adı Ünvanı Nizamnamə kapitalı Qanuni təmsilçi Qeydiyyat tarixi
“GƏMİ TƏMİRİ SERVİS LLC” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 21 May 2020
“DİZEL SERVİS LLC” Fətəlixan Xoyski pr. ev.138A m.16 10 manat Talıbov Süleyman Yunsur 21 May 2020
“PİNTER” Cavad Xan ev.34 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020
“AZ SUENS” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020
“ŞUŞA HOLDİNG” Cavad Xan ev.34 m.30 10 manat Talıbov Süleyman Yunsur 14 dekabr 2020












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.