Elman Məmmədov həbs olunub, yoxsa yeni vəzifəyə hazırlaşır

28-05-2021, 00:02           
Elman Məmmədov həbs olunub, yoxsa yeni vəzifəyə hazırlaşır
Məlum olduğu kimi bir neçə gün bundan əvvəl dövrü mətbuatda “Azərsu” ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru Elman Məmmədovun saxlanılması,həbs olunması barədə məlumatlar yayıldı. Onun rəhbərlik etdiyi Müdiriyyətin əsas vəsifəsi adından da göründüyü kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan bütün tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarəti təmin etməklə yanaşı, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması olub.Bu isə o deməkdir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan pullar qeyri rəsmi olaraq Elman Məmmədovun əlində olub. Amma bu Elman Məmmədovun səhmdar cəmiyyətdə heç də əsas fiqur olması anlamına gəlmir.

Aktualinfo.org xatırladır ki, Qorxmaz Hüseynovla Elman Məmmədovun “Azərsu” ASC-yə gəlişinə qədər burada hələ Oqtay Əsədovun dövründən kök atmış və söz sahibinə çevrilmiş Etibar Məmmədov faktoru da var. Bu həmin Etibar Məmmədovdur ki, uzun illər “Azərsu” ASC-nin tabeliyində olan “Bakkanalizasiya” idarəsinin, daha sonra isə cəmiyyətin həyata keçirdiyi bir çox layihələrin başında durub. Qorxmaz Hüseynovun “Azərsu” ASC-yə sədr təyin edildikdən sonra ilk illərdə Etibar Məmmədovu bu sahədən kənarlaşdırmaq cəhdlərnin uğursuzluqla nəticələnməsi də ikincinin kifayət qədər ciddi fiqur olduğunu deməyə əsas verir. Sonrakı illərdə isə Qorxmaz Hüseynovla müavin kimi Etibar Məmmədovun işbirliyi nəticəsində çoxsaylı mənimsəmə faktlarının olması barədə də məlumatlar yayılmaqdadır. Burada sual yaranır. Bəs niyə Etibar Məmmədovun istintaqa cəlb edilməsi deyil, Elman Məmmədov saxlanlması barədə məlumatlar gündəmə gətirilir?

Qayıdaq əsas məsələyə. Elman Məmmədovun barəsində yayılan məlumatlara. Xəbərlərdə Elman Məmmədovun ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan biri olduğu bildirilir və bu baxımdan da saxlanıldığı yazılır. Lakin bizim əldə etdiyi məlumatlara görə mətbuatda yazılanların əksinə, Elman Məmmədov nəinki həbs olunub, əksinə o yaxın çevrəsinə yaxınlarda yeni vəzifəyə gedəcəyini bildirib. Onun yaxın çevrəsindən sızan məlumata görə, Elman Məmmədov hər yerdə atasının ulu öndər Heydər Əliyevin ən yaxın kadrı olduğunu deyərək,ona heç kimin toxuna bilməyəcəyini söyləyib. Bəs Elman Məmmədovun atası kim olub və mərhum Heydər Əliyevə nə kimi xidmətlər göstərib? Elman Məmmədov sadəcə bunu açaqlamayıb.

Təbii ki, bu gün Azərsu” ASC-də nəinki Elman Məmmədovun fəaliyyəti, burada keçmiş sədrə bağlı bütün şəxslərin işi köklü şəkildə araşdırılır. Məlum olduğu kimi hər il dövlət büdcəsindən əlavə,kreditl yolu ilə də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait ayrılıb. Elman Məmmədovun həbs xəbəri isə sadəcə bu milyonların haralara xərclənməsinə aydınlıq gətirmək məqsədi daşıyır. Yəni o həbs olunmayıb. Hüquq mühafizə orqanları ilə işbirliyinə cəlb edilib. Bununla ASC-də baş verən çox ciddi yeyintilərin izinə düşmək imkanı əldə olunacaq. Güman ki,ona yeni vəzifə vədini də elə Qorxmaz Hüseynova qarşı işbirliyinə cəlb edənlər verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.