Azercell ÇÖKDÜ – Şirkət rəsmiləri niyə susur?

27-05-2021, 20:12           
Azercell ÇÖKDÜ –
İki saatdan çoxdur ki, Azercell mobil operatorunda problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Facebook səhifəsində məlumat verib:

“Hazırda yarım saatdan çoxdur Azercell mobil operatorunun şəbəkəsində problemlər yaranıb. Abunəçilər zəng xidmətindən istifadə edə bilmirlər, zəng vurmaq və zəng qəbul etmək mümkün olmur. Mobil internet xidmətində də problem olduğu bildirilir”.

O, həmçinin qeyd edib ki, hələlik Azercell bununla bağlı bir açıqlama verməyib.

Bundan başqa iki saata yaxındır ki, Azercell müştəriləri sosial şəbəkələrdə yaranan problem barədə etiraz statusları paylaşır. Onlar bəziləri zəng edə bilmədikləri, bəziləri isə internet xidmətlərindən istifadə edə bilmədiklərini qeyd edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru