Sabirabadı su basıb, icra hakimiyyətinindən isə hay çıxmır FOTFAKT
23-02-2016, 14:14
Sabirabadda kanalizasiya sistemi olmasa da sovet vaxtı rayonda çoxlu kanallar çəkilmişdi ki, yağış və qrunt sular o kanallarla axıb gedirdi, əhaliyə əziyyət vermirdi.
Müstəqillik dövründə rayona təyin edilən icra başçıları rayondakı bütün satılması mümkün olan torpaq sahələrini satdılar. Onlardan sonra gələn icra başçılarına bir şey qalmadıqda həmin kanalları torpaqla doldurub satmağa başladılar.
Kanallar doldurulduqdan və həmin yer satıldıqdan sonra orada evlər və marketlər tikdilər. Bununla da həmin doldurulmuş kanallarla suyun axmasının qarşısını kəsdilər.
İndi Kür çayı bir az daşanda, yaxud bir az yağış yağan kimi qrunt və yağış suları heç hara axa bilmir. Nəticədə evlər və həyətlər suyun içərisində qalırlar. Sular iylənərək infeksiya mənbəyinə çevrilir, həyətlərdəki bütün meyvə ağaclarını məhv edir və evləri qəzalı vəziyyətə salır.
Ancaq Sabirabadın abadlığına və kanalizasiya sistemi çəkmək üçün külli miqdarda ayrılan vəsaiti isə məmurlar tərəfindən mənimsənilir.
İndi isə Sabirabadın əksər yerlərində yaşayan sakinlər hara müraciət edirlərsə, onlara kömək edən yoxdur.