Lənkəranda səhiyyə sisteminin biabırçılığı... - GİLEY

17-08-2021, 20:20           
Lənkəranda səhiyyə sisteminin biabırçılığı... - GİLEY
"Lənkəran səhiyyə sisteminə olan şikayətimi bildirmək istəyirəm. 3 gün əvvəl qızımı "pristup" tutdu, həkimə apardıq, acilə... dövlət xəstəxanasına, həkim "UZİ" olunsun deyə tövsiyə etdi". DİA.AZ bildirir ki, bu barədə Lənkəran sakini Ama Quliyeva "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Çox yerə getdik, saat 3 olmuşdu deyə heç bir xəstəxanada UZİ həkimi yox idi. Yəni saat 4 də gedmişik, "uzist"lərin iş saatı bitib ,heç nə edə bilmərik, dedilər

Üz tutduq özəl klinikaya, orada da dedilər ki, "uzist" saat 3-də gedib artıq.

Bir sözlə, bütün şəhəri gəzdik, nəhayət bir "uzi" yeri tapdıq, sağ olsun... zəng vurub xahiş etdik... "uzist" dediyi ki 15 dəq gəlib "uzi" etdi...

Yəni elə nəticəyə gəlirəm ki, xəstənin bir çətin halı, iraq olsun orqanı vurub partlasa belə, "uzistlər" saat 3-də evinə gedməlidir?

Zatən, pulsuz "uzi" yoxdur bunu normal şəkildə iki növbəli həkimlə etməlidirlər...

Nə vaxta qədər insan həyatı ilə oynayacaqlar???"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru