Əli Həsənov evini ikqat ucuz satır...

17-08-2021, 21:26           
Əli Həsənov evini ikqat ucuz satır...
Prezidentin sabiq köməkçisi Əli Həsənov paytaxtdakı mənzilini satışa çıxarıb.

Teref.az sfera.az-a istinadla xəbər verir ki, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 64 ünvanında dövlət vəsaiti hesabına tikilərək Əli Həsənova hədiyyə edilmiş 5 otaqlı mənzildən gedir.


Müvafiq icra hakimiyyəti tərəfindən hədiyyə edilmiş 275 kvadrat metrlik mənzil Əli Həsənovun oğlu olan Həsənov Şamxal Əli oğlunun adına rəsmiləşdirib.

Bildirilir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoruVüqar Səfərlinin həbsindən az sonra Əli Həsənov bu mənzili dəyərindən 2 dəfə ucuz qiymətə satışa çıxarıb. Belə ki, real dəyəri 550 min manat olan sözügedən mənzil 350 min manata satışa çıxarılıb.

Bu isə Əli Həsənovun ətrafında halqanın hər gün daha da daralmasından və onun hansı səbəbdən ciddi narahatlıq keçirməsindən xəbər verir.

Xatırladaq ki, 2019-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru