"Bayraq Meydanı"na görə həbslər ola bilər

19-08-2021, 12:17           
"Bayraq Meydanı"na görə həbslər ola bilər
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həbsi gündəmə gəlib.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. E.Pirverdiyevin həbsinə səbəb Dövlət Bayrağı Meydanında vaxtilə aparılan keyfiyyətsiz tikinti işləridir.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının inşasına 2007-ci ilin dekabrında başlanılıb.

Ümumi ərazisi 60 hektar olan Bayraq Meydanının layihəsini Amerika Birləşmiş Ştatlarının "Trident Support” şirkəti, tikinti işlərini isə "Azenco" şirkəti aparıb.

Dövlət Bayraq Meydanı 2017-ci ildə fəaliyyətini dayandırıb, 2018-ci ildə isə sökülməyə başlayıb.

"Azenco" ASC Azərbaycanda dəyəri on milyonlarla ölçülən böyük layihələrdə iştirak etmiş şirkətlərdəndir.

Şirkətin Etibar Pirverdiyevə məxsus olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru