İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyi AÇIQLAMA

19-08-2021, 12:55           
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyi  AÇIQLAMA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat,
laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilmişdir. Həmin tibb
müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını
təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik
07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi
xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan
yerləşdirmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən
tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq,
şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilmişdir.
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və
ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar
kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun
qalibi elan edilmişdir. Məlumat üçün bildirək ki, 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12
553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması,
daşınması üçün hər cür imkana malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru