Lənkərançayın yatağının “PROFCO” MMC tərəfindən qazılaraq daşınması ilə bağlı - Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması ilə bağlı məlumatı MÖVQE

27-09-2021, 16:26           
Lənkərançayın yatağının “PROFCO” MMC tərəfindən qazılaraq daşınması ilə bağlı -
Lənkərançayın yatağının “PROFCO” MMC tərəfindən qazılaraq daşınması ilə bağlı daxil olmuş şikayətə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov münasibət bildirib.

O qeyd edib ki, Lənkəran rayonu Təngivan kəndinin ərazisində, Lənkərançay çayının yatağında fəaliyyət göstərən “PROFCO” MMC ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Milli Hidrometeorologiya Xidməti və Nazirliyin yerli qurumları tərəfindən dəfələrlə araşdırma aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

“2021-ci il ərzində aparılan araşdırmalar zamanı isə “PROFCO” MMC-nin “Dağ Mədən İşlərinin İnkişafı Planı”nın olmadığı, şirkət tərəfindən çayın yatağında qanunsuz qazıntı işlərinin aparıldığı və çirkab suların birbaşa çaya axıdıldığı müəyyən edilib. MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, eyni zamanda, “PROFCO” MMC-nin fəaliyyətinin dayandırılması və barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru