Heydərovun media imperiyası çökür: "Gündəlik Teleqraf" qəzeti bağlandı, APA.TV-də ixtisarlar
14-03-2016, 13:56
Fövqəladə hallar naziri Kamaləddin Heydərovin patronajlığı ilə fəaliyyət göstərən media quruluşlarının bağlanması haqda məlumat əldə etmişik.
Savash.org-a verilən informasiyaya görə artıq "GündəlikTeleqraf" qəzeti fəaliyyətini rəsmən dayandırıb. Qeyd edək ki, fəaliyyəti dayandırılmış qəzetə tanınmış jurnalist Aynur Camalqızı rəhbərlik edirdi. Onun rəhbərliyi altında fəaliyyət göstərən teleqraf.com saytında isə ciddi ixtisarların aparıldığı və xeyli sayda jurnalistin işsiz qaldığı bildirilir.
İxtisarların aparıldığı digər media quruluşu isə APA.TV-dir. Adıçəkilən internet televiziyası da Kamaləddin Heydərovun media imperiyasına daxil olan strukturlardan biridir. Qeyd edək ki, APA.TV-də də ciddi maliyyə çatışmazlığı hiss olunur və onlarla əməkdaşın ixtisara salındığı bildirilir.