MİX-nin rəisi Namik Xıdırovun yenə yalanı üzə çıxdı
15-11-2021, 07:00
Saytımız "ecofront" ictimai təşkilatının yayımladığı yazıya əsasən,
Haftonidə artıq tinglərinin əkiminə başlanılıb
Bugün dəstəkçimiz tərəfindən çəkilib göndərilən bu fotolarda hər şey aydın görünür. Haftoni meşəbəyliyinin 3.4.5.6-cı bölmələrində 6.4 hektar ərazidə meşə əkini planlaşdırılır. O vaxtı Meşələrinin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun dediyi sözlərin yalan olduğu bir daha üzə çıxdı. Müqavilədə də 2.3.4.5 və 6-cı bölmələri göstərilib. Deməli, "Beta" çay şirkətinə verilən ərazi bura imiş.
Hava Lənkaranda yağışlı keçdiyindən tingləri əkib qurtara bilmirlər. Ümüd edirik ki, bir neçə günə yerdə qalan tingləridə əkib işlərini bitirəcəklər.