Problemli kreditlər məsələsi nə vaxt həll ediləcək? - VİDEO

15-11-2021, 08:44           
Problemli kreditlər məsələsi nə vaxt həll ediləcək? - VİDEO
Problemli kreditlər məsələsi hələ də Azərbaycanın maliyyə gündəliyində problem olmaqdan çıxmayıb.

BAKU.WS-in məlumatına görə, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bu kateqoriyadan olan kreditlərin həcminin 1 milyard manata yaxın olduğunu deyib.

Onun sözlərinə görə, problemli kreditlərin hazırkı həcmi böyükdür.

Vüqar Bayramov qeyd edib ki, buna səbəb kreditlərin verilməsi zamanı vətəndaşların ödəmə qabiliyyətlərinin dərindən araşdırılmaması olub. Bu isə ödəmə qabiliyyəti zəif, ancaq yüksək məbləğdə kredit alanların bir neçə ay sonra ödəmələrində ciddi problemlər yaradıb. Millət vəkili əlavə edib ki, problemli kreditlərin həlli üçün gələn ilin dövlət büdcəsində müəyyən məbləğ nəzərdə tutulub.

Vüqar Bayramov bildirib ki, ayrılması nəzərdə tutulan vəsait problemli kreditlərin həcmi ilə müqayisədə çox az olduğundan bu məsələnin həlli üçün yeni mexanimzlərə ehtiyac var. Bu məsələ həll edilməyənədək isə bank sektorunun inkişafında çatışmazlıqlar davam edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru