Bakının bu ərazisindən sakinlər köçürüləcək - VİDEO

15-11-2021, 09:16           
Bakının bu ərazisindən sakinlər köçürüləcək - VİDEO
Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlərdə iri çatlar yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib.

Evlərin hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb.

Sakinlər hələ də sürüşmə təhlükəsi olan bu ərazidə yaşayırlar.

Sakinlərin sözlərinə görə, sürüşmə zonasında təhlükə hər ötən gün artır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir. 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.

Qeyd edək ki, "Zığ-1" sürüşmə zonası kimi qeydə alınan bu ərazi ümumilikdə 55 hektar ərazini əhatə edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru