Bu, enerji ehtiyatlarımıza pozitiv təsir edəcək

15-01-2022, 09:35           
Bu, enerji ehtiyatlarımıza pozitiv təsir edəcək
Dünyada bərpa olunan enerjinin daha geniş yayılması dövrünə qədəm qoymuşuq. İstənilən halda yeni texlonogiyaların sayəsində maya dəyəri aşağı başa gəlirsə, bərpa olunan enerjidən istifadə etmək üçün dünyanın bir çox ölkələrində lahiyələr həyata keçirilir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulması haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycanın həm günəş, həm külək enerjisindən istifadə etmək üçün kifayət qədər əlverişli təbii şəraiti var:

“Bərpa olunan enerji Azərbaycanın ümumi enerji ehtiyatlarına daha pozitiv təsir göstərəcək. Ekoloji baxımdan təmiz və bərpa olunan enerji istehsalının inkişafı arzulanandır”.

Ekspertin sözlərinə görə, gələcəkdə bu cür texlonogiyalarda Azərbaycanın özünün də iştirakı vacibdir:

“Yəni biz bu texlonogiyaları hazırda xaricdən alırıq. Tədricən biz həm günəş, həm külək enerjisi sahəsində avadanlıqların bəzi detallarını istehsal da edə bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.