Baş redaktor BNA-nın rəhbərliyinə müraciət etdi - MÜRACİƏT

15-01-2022, 09:15           
Baş redaktor BNA-nın rəhbərliyinə müraciət etdi - MÜRACİƏT
Teref.az yazır ki, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkə vasitəsi ilə BNA-nın rəhbərliyinə müraciət edib. Asif Mərzili müraciətində yazır:
"Hörmətli BNA rəhbərliyi, hörmətli Mais müəllim! Bu gün qəzetin elektron poçtuna və telefonumun mesaj bölümünə belə bir xəbərdarlıq gəlib: "Hormetli ASIF MEMMEDOV. Siz, Baki Neqliyyat Agentliyi terefinden AR IXM-in 346.2.-ci maddesine esasen, 40.0 manat mebleginde cerime olunmusunuz. Tarix 14.01.2022, Protokol BNA 2026209".
Mən başa düşmürəm, DYP cərimə yazanda, harada və hansı qayda pozuntusuna görə cərimə olunmağımızın sübutlarını göndərir, biz də ya razılaşıb cəriməni ödəyirik, ya da məhkəmədə mübahisələndiririk. Bu nə cərimədir, harda qayda pozulub??? Mən bu gün iş yerimin-"Azərbaycan" nəşriyyatının qarşısında hamı kimi avtomobilimi saxlamışam. Hörmətli Mais müəllim, lütfən, BNA-nın bütün günü cərimə yazmağa girəvə axtaran əməkdaşlarına deyin, "Azərbaycan" nəşriyyatının qarşısında ova çıxmasınlar. Çünki bura 30-40 ildir iş yerimizdir və hər an tədbirlərə operativ gedib və qayıdıb informasiya yazmaqla günümüzü yola veririk... Yazdığımız informasiyalara görə isə Quran haqqı, heç bir nazirlikdən, dövlət qurumundan pul almırıq, havayı yazırıq, reklam edirik, o cümlədən BNA-nın tədbirlərindən də..."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.