BNA bu küçədə qanunsuz cərimələr yazır? - Sürücülər narazıdır - FOTOLAR

16-02-2022, 08:45           
BNA bu küçədə qanunsuz cərimələr yazır? -
Sürücü Elnur Quliyev BNA-nın ona yazdığı "dayanma-durma qadağandır" - 2078366 protokollu cəriməsindən narazıdır.

Milli.Az-a müraciət edən vətəndaşın iddiasına görə, həmin nişanın orada qoyulmasının qeyri-qanuni olması üzə çıxıb və cərimə yazılandan sonra nişan oradan götürülüb. Söhbət Həsən Seyidbəyli küçəsi 14 ünvanında qoyulan nişandan gedir. Sürücünün iddiasına görə, orada sol tərəfdə "dayanma-durma qadağandır" nişanı qoyulub və nişandan cəmi 20-30 metr qabaqda yol ayrıcıları mövcüddur. Sürücünün maşını saxladığı ərazi isə nişandan 100-150 metr irəlidir.

Sözügedən ərazidə avtomobilini saxlayan çoxsaylı sürücü ilə söhbət zamanı onların da bu absurd qərardan narazı olduqları üzə çıxıb. BNA-nın bu duruma aydınlıq gətirəcəyinə ümid edirik.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru