Azərbaycanın brend hotelləri borc içində itib-batır...

16-02-2022, 11:10           
Azərbaycanın brend hotelləri borc içində itib-batır...
Natiq Cəfərli: “Hotellərin fəaliyyətinin yenidən qurulmasına, qiymət siyasətinin normallaşdırılmasına ehtiyac var”

Azərbaycanda fəaliyyət göstərən məşhur hotellərin külli miqdarda vergi borcu var. Bu barədə Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasında qeyd olunur.

Vergi borcu olan hotellər aşağıda adları qeyd olunanlardır:

"Caspıan Hotel ve Turizm" MMC 75 min 195 manat,

"Ramada Baku" MMC 53 min 263 manat,

"Birce Hotel ve Turizm" MMC 51 min 533 manat,

"Azertürk Hotel ve Turizm" MMC 42 min 313 manat,

"Bashak Hotel Supply" MMC 31 min 545 manat,

"Amara Hotel" MMC 25 113 manat,

"Hotel Pro Ms" MMC 24 min 665 manat,

"Lara Hotel Spa" MMC 6071 manat,

"Alba Hotel Spa" MMC 3764 manat,

"Shamkır Cıty Hotel & Spa" MMC 3908 manat,

"Ambc Hotel və Əmlak" MMC 3168 manat.

Maraqlıdır, bu hotellərin vergi borcu necə yaranıb?

“Hotellərdə əməliyyat xərclərinin artması, gəlirin isə aşağı səviyyədə olması vergi borclarının yaranmasına səbəb oldu”

Iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, pandemiya hotel biznesinə çox böyük zərbə vurdu. Məlumdur ki, karantin qaydalarının tələbinə əsasən hotellər bir müddət qapalı oldu. Bu onların əməliyyat xərclərinə ciddi təsir etdi: “Gəlir olmadan, əmək haqlarının ödənilməsi və digər əməliyyat xərclərinin ödənilməsi məcburi idi. Əməliyyat xərclərinin artması, gəlirin isə aşağı səviyyədə olması vergi borclarının yaranmasına səbəb oldu”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda otelçiliklə bağlı müəyyən problemlər var. Belə ki, hotellərin fəaliyyətinin yenidən qurulmasına, qiymət siyasətinin normallaşdırılmasına ehtiyac var: “Hotellərdə qiymətlərin normadan baha olması müştərilərin sayının azalmasına təsir edir. Müştəri sayının az olması hotel gəlirliyinin azalmasına dəlalət edir. Belə olduğu halda hotellər vergini ödəməkdə çətinlik çəkir. Problemdən çıxış yolu kimi hotellər qiymət siyasətinə yenidən nəzər yetirməlidir. Qiymətləri aşağı salarlarsa, bu həm müştəri sayının artmasına təsir edər, həm də onlar borclarını ödəyərlər”.
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.