Tapılmayan dərmanlar niyə çaylara axıdılır?

16-02-2022, 11:48           
Tapılmayan dərmanlar niyə çaylara axıdılır?
Aparılan araşdırmalara görə, çayların dərman və tibbi ləvazimatları ilə çirklənməsi qlobal və ətraf mühitin sağlamlığını ciddi şəkildə təhdid edir.

Cebhe.info xəbər verir ki, York Universitetinin apardığı araşdırmaya görə, çaylarda ən çox yayılmış dərman preparatları parasetamol, nikotin, kofein, epilepsiya və diabet dərmanları olub. Bu, dünyanın bir çox çaylarını tədqiq edərək, bu günə qədər mövzu ilə bağlı ən əhatəli araşdırmadır. Pakistan, Boliviya və Efiopiyadakı çaylar dünyada ən çox çirklənmiş çaylar kimi təsbit edildiyi halda, İslandiya, Norveç və Amazon çayları isə ən təmiz çaylardır. Əczaçılıq şirkətlərinin yaratdığı tibbi tullantıların çaylara necə təsir etdiyi hələ də dəqiq məlum deyil. Lakin insanların qəbul etdiyi dərmanların suda həll edilməsinin balıqların inkişafına və çoxalmasına mənfi təsir etdiyi məlumdur. Alimlər ehtiyat edirlər ki, çaylarda həll olunan antibiotiklər gələcəkdə antibiotiklərin insanlara təsirini azaldacaq. Tədqiqat üçün 100-dən çox ölkədə 1000-dən çox nöqtədən nümunələr götürülüb.

Nəticələrə əsasən, 258 çayın dörddə birindən çoxunda su orqanizmləri üçün təhlükəli hesab edilən səviyyədə “aktiv əczaçılıq tərkibləri” aşkar edilib.

"BBC News"-a açıqlamasında araşdırmanın rəhbəri Dr.Con Vilkinson deyib: "Adətən biz bu kimyəvi maddələri qəbul edirik, onlar bizə təsir edir və sonra bədənimizi tərk edirlər. Bu gün biz bilirik ki, hətta ən səmərəli tullantı su mərkəzləri belə bu maddələri çaylara və ya göllərə çatana qədər tamamilə təmizləyə bilməz".

Araşdırmanın ən son diqqət çəkən hissəsi epilepsiya və sinir ağrılarını aradan qaldırmaq üçün istifadə edilən karbamazepin və diabetin müalicəsində istifadə edilən metformin idi. Çaylarda tapılan kimyəvi maddələr arasında yüksək səviyyədə kofein, nikotin və ağrı kəsici parasetamol var. Malyariyaya qarşı istifadə edilən artemisinin tərkibi də Afrika çaylarında çox rast gəlinən kimyəvi maddə olub.

Hertfordshire Universitetinin dəniz ekoloqu Dr. Veronika Edmonds-Braun da deyib ki, çaylarda bu cür dərman inqrediyentlərinin olması çox güman, mənfi təsir göstərəcək, lakin onların hər birini ayrıca araşdırmaq lazımdır:

“Bu, zehni və ya fiziki baxımdan hər bir problemimiz üçün getdikcə daha çox dərman qəbul etməyə başladığımız üçün getdikcə pisləşəcək".

Araşdırma nəticəsində nəşr olunan hesabata görə, çaylarda yüksək faizdə antibyotikə rast gəlinməsi, dərmanın insan orqanizminə təsirini azaltmaq, nəticədə ətraf mühit və qlobal sağlamlıq üçün təhlükə yaratmaq riskləri daşıyır. Ən çox çirklənmiş çaylar da aşağı və ya orta gəlirli ölkələr və regionlardadır, burada su mənbələrinə yaxın zibilxanalar və ya əczaçılıq zavodlarının olduğu, onların əksəriyyətinin tullantı su qurğularının normal işləmədiyi bildirilir. Birmingem Universitetindən "Yeni yaranan tullantılar" fakültəsinin dosenti.

Dr. Mohamed Abdallah deyib: "Biz Nigeriya və Cənubi Afrikada kimyəvi dərmanlarla yüksək dərəcədə çirklənmiş çaylar gördük. Bu, əsasən tullantı su zavodlarının infrastrukturunun zəif olması ilə əlaqədardır. Bu, həm də çox narahatedicidır, çünki səhiyyəyə ən zəif çıxışı olan ən həssas insanlar buna məruz qalırlar".

Bəs bu məsələ ilə bağlı nə etmək olar? Dr. Wilkinson bununla bağlı çox ümidli danışmır:

"Bu problemin öhdəsindən gəlmək üçün hazırda həll yollarından biri də dərmanların düzgün istifadəsidir. Bu, o deməkdir ki, antibiotiklər kimi güclü dərmanların istifadəsi çətinləşir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.