Bu səhiyyə ocağında rəsmən PUL DİLƏNİRLƏR... - “Biz də kağıza, qələmə pul veririk...”

17-05-2022, 11:17           
Bu səhiyyə ocağında rəsmən PUL DİLƏNİRLƏR... -
Teref.az xəbər verir ki, Cəlilabad Müalicə Diaqnostika Mərkəzində həkimlərin xəstələrdən pul tələb etməsiylə bağlı İNFOM.AZ-ın redaksiyasına şikayət daxil olub.

Adını çəkilməsini istəməyən qadın bildirib ki, o USM aparatında bətnindəki körpənin vəziyyətini müayinə etdirmək üçün Cəlilabad Müayinə Diaqnostika Mərkəzinə yollanıb.

Qeydiyyatdan keçdikdən sonra İcbari Sığortaya görə ona xidmətin pulsuz olduğu deyilib. Lakin qadın həkim otağına daxil olduqdan sonra həkim və köməkçisi tərəfndən “biz də kağıza, qələmə pul veririk” deyərək ondan pul tələb ediblər. Bətnindəki körpənin sağlamlığından narahat olan pasient məcbur qalaraq pul verib ki, onu yaxşı müayinə etsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru