Bahalaşmaya görə "axşambazarı"na maraq artıb - Video

18-05-2022, 09:27           
Bahalaşmaya görə "axşambazarı"na maraq artıb - Video
Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı"na üstünlük verirlər. Bəs "axşambazarı"ndakı qiymət fərqi nə qədərdir?

Teref.az "Xəzər Xəbər"ə istinadla verdiyi xəbərə görə, satıcılar deyirlər ki, bəzi məhsullar tez xarab olduğu üçün günün sonunadək mütləq satılmalıdır. Məhsulun tez satılmasının vacibliyi isə qiymət fərqinə təsir edir.

Alıcılar da "axşambazarı" qiymətlərdə fərqin olduğunu deyirlər. Ancaq burada əsas nüans axşama qalan məhsullarda düzgün seçim edə bilməkdir.

Beləliklə, həm sərfəli qiymətə, həm də yaxşı məhsul almaqdan ötrü bazara üz tutanlar gərək günortadan sonra, saat 4-5 aralığından gecikməsinlər. Əks halda, bazarda endirimli qiyməti görüb, məhsulu tapa bilməyənlərdən olacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru