Yağan yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirməyib - "Azərsu"

18-05-2022, 10:02           
Yağan yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirməyib - "Azərsu"
Son günlər yağan yağışlar Ceyranbatan su anbarında suyun çirklənməsinə səbəb ola bilməz.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib.

O qeyd edib ki, Ceyranbatan su anbarı Taxtakörpü su anbarından gələn su ilə qidalanır.

"Yağış suları Ceyranbatan su anbarını çirkləndirə bilməz. Belə bir hal müşahidə olunmur. Yalnız güclü küləklər nəticəsində xamsuyun bulanıqlıq və bakteroloji göstəriciləri dəyişə bilər. Ancaq su emal olunduqdan sonra heç bir təhlükə kəsb eləmir", - deyə obildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru