"“Azərlotereya”nın fəaliyyəti daha çox açıq qumara bənzəyir" - ETİRAZ

27-05-2022, 15:44           
"“Azərlotereya”nın fəaliyyəti daha çox açıq qumara bənzəyir" - ETİRAZ
“Azərlotereya” oyunları çox təəssüflər ki, işini düzgün qurmayıb. Teref.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Partiya sədri bildirib ki, “Azərlotereya”nın fəaliyyəti daha çox açıq qumara bənzətmək olar:
Ətraflı

“Sosial şəbəkələrdə elə təbliğatı aparılır ki, sanki bu lotereyadır. Əslində isə görünən başqa iyrənc mənzərədir. Hesab edirəm ki, bu məsələ həll edilənə və nizama salınana qədər bunu gündəmdə saxlamaq lazımdır.

Lazım gələcəksə, ölkə rəhbərliyinə də şəxsən müraciət edəcəm. Bəzi işbazlar insanlarımızı həvəsləndirib məhvə aparırlar. Belə olmaz! Qanun var, qayda var. “Azərlotereya” hər universitetin önünə, hər metronun başına 3-5 dənə “piştaxta” qoyub gəncliyimizi, insanlarımızı açıq formada qumara sövq edir. Niyə axı universitetlərin qarşısında, metroların giriş-çıxışlarında bu olmalıdır? Məgər bunun üçün xüsusi köşklər qurmaq olmaz? Xüsusi köşklər qurun almaq istəyən də gedib həmin kontorlardan alsın. Daha bu nə biabırçılıqdır?”.

A.Şakiroğlu dünyanın hər yerində belə oyunların olduğu vurğulayıb:

“Amma, bunun xüsusi satış nöqtələri var. Daha universitetlərin giriş-çıxışlarında, metroların önündə, avtobus dayanacaqlarında, avtovağzallarda hərənin bir stol qoyub satış təşkil etməsi sadəcə biabırçılıqdır. Ümumiyyətlə, “Azərlotereya”nın fəaliyyətini bərbad hesab edirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.